'
Yeniler :

Elşən İsmayıl - Ruhumun Rəngləri

 Gənc yazar, ssenarist, aktyor, rejissor və müəllim olan Elşən İsmayılın ikinci kitabı. Kitabda yazarın son illərdə sosial, psixoloji, milli və qlobal mövzularda yazdığı bəzi hekayələri yer almışdır.


Gənc dəliqanlı, Özəl Hərəkat birliyinin əməliyyatçısı olan Baybars Kağanlı tağım komandirinin əmriylə digər yoldaşları ilə birlikdə gizləndiyi təpəciyin arxasından qalxdı və dərhal qarşıdakı kolluğa doğru iti sürətlə qaçmağa başladı. O an gözlərində qətiyyən qoxudan əsər-əlamət yox idi. Ancaq tapşırılan xüsusi tapşırığı yerinə yetirmək və tezliklə qarşılaşacağı mənfur düşməni məhv etmək haqqında düşünürdü. Əllərini İsrail istehsalı olan “Tavor” markalı avtomatına sıxmış, cəld və son dərəcə ehtiyatlı hərəkətlərlə irəliləyirdi. Bir qədər getmişdi ki, nəhayət, əsas məntəqəyə - düşmənin təpəlikdə qurduğu düşərgəsinə gəlib çatdı. Vaxt itirmədən gizlənmək üçün əyildi və yerini rahatlayaraq kolluq sahədən qarşıya doğru boynundan asdığı binoklla baxmağa başladı. Diqqətinin yarısı düşmən çadırlarında, digərisə sol qulağında yerləşdirdiyi xüsusi mikroqurğuda idi. Onun vasitəsiylə əməliyyat başlayandan bəri komandirindən təlimatlar alırdı. Düşmən tərəfdə isə vəziyyət sabit idi: təxmini 10-dan çox çadır ətrafında Rusiya istehsalı “AKSM” avtomat silahla silahlanmış terrorçuların sayı 50-yə çatırdı. Onlar durmadan yerlərində var-gəl edir, ərazini nəzarətdə saxlayırdılar. Çadırların birində isə Yaxın Şərqin üç ən təhlükəli adamı toplantı keçirirdi. Onlar, İran Kəşfiyyatının nüfuzlu zabitlərindən Firuz Kaşğani, PKK terror təşkilatının bölgə rəhbəri Bahoz Barudi və xüsusi döyüş taktikasına, bu zamana qədərki əməliyyatlarda qazandığı mistik uğurlarına görə dünyanın bir çox təhlükəsizlik orqanlarının “qara siyahısı”-nda adı olan, bacarığı qədər əsrarəngiz gözəlliyə sahib, onlarla kəşfiyyat liderinin və mafiya başçısının mavi yuxularının əvəzsiz qəhrəmanı kürd qızı Dicle (Diclə-Dəclə) idi.

Share this article :

Post a Comment

 
Support : | |
Copyright © 2014-2017. MANYBOOKSDOWNLOAD - All Rights Reserved
Template Created by Published by pulsuzkitablar/
Proudly powered by Pulsuz Kitablar
freebooks, free downloading, freebook, books, book, library, pulsuz kitablar, kitablar, kitab, kitabxana, pulsuz yukle, ucretsiz indir, kutup, kutuphane, kutup indir, hemen indir, ucretsiz kutuphane, online book, online downloading, kitab yukle, coxlu yukle, n1 kitabxana, pdf kitab, pdfbook, 24book, 1000book, endirin, pulsuz endir, ucretsiz, hepsi ucretsiz, free, facebook,whatsapp downloading, whatsapp plus downloading,whatsapp plus indir, whatsapp plus yukle, dumper downloading, dumper yukle, wifi hack, wifi qirmaq azerbaijan, Russian, America, France, Italy, island,kitablardansecmeler,yenikitablar,tezyukle,onlineodenis,blogger,blogspot,2005 Nesrler, Abituriyent ,Agatha, Christie Ahmet, Batman Arthur, Conan Doyle, Bedii Edebiyyat ,Bədii ədəbiyyat, Corc Oruell ,Çingiz Abdullayev, Dan Brown ,Derslikler ,Diplomatiya Ensiklopediya, Folklor, Gomruk, Harry ,Potter, informatika, iqtisadiyyat, kamasutra ,kitab ,gonder, Konustitusiya ,Letifeler ,Lüğətlər ,Metbex ,Muhasibat/Maliyye ,Müşfiq Xan, Oğuz Atay, Orhan Pamuk ,Paulo Coelho ,proqram ,Qedim dovr, Qurani Kerim, Riyaziyyat ,Sarah ,Jio Seri, kitablar ,sevisme, sex ,Soyqirim ,Tess Gerritsen, test ,Turizm ,turk, edebiyyati ,Varis,